Rusiyaya məxsus hərbi təyyarənin Moskva vilayətində təlim uçuşu zamanı qəzaya uğradığı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi hadisənin təlim uçuşu zamanı baş verdiyini açıqlayıb.
Məlumata görə, qəza Odintsovo rayonunda qeydə alınıb. Bildirilir ki, qəzaya uğrayan təyyarə beşinci nəsil Su-57 qırıcı təyyarəsi olub. Pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib və sağ qalıb.
Rusiyanın Müdafiə Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Açıqlamada qeyd olunub ki, pilot katapult sistemi vasitəsilə xilas olub və onun həyatı üçün təhlükə yoxdur.
Nazirliyin məlumatına əsasən, təyyarə yaşayış məntəqələrindən kənarda, boş əraziyə düşdüyü üçün yerdə dağıntı qeydə alınmayıb.
Həmçinin bildirilib ki, təyyarə döyüş sursatı olmadan uçuş həyata keçirirmiş. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.