Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın yenidən ibadətə açılmasının altıncı ildönümü münasibətilə paylaşım edib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti sosial media hesabında etdiyi paylaşımda Ayasofyanın 86 illik fasilədən sonra yenidən ibadətə açılmasını xatırladıb.
Ərdoğan paylaşımında bildirib:
"Düz altı il əvvəl bu gün Ayasofya 86 illik həsrətdən sonra əsl kimliyinə qovuşdu. İnşallah, bu mübarək məkan əbədiyyətə qədər səmamızı azan səsləri ilə bəzəməyə davam edəcək. Ayasofyanın dirçəlişi mübarək olsun."
Qeyd edək ki, Ayasofya 24 iyul 2020-ci ildə yenidən məscid kimi ibadətə açılıb.