logo
logo logo
logo

Rusiya Mərkəzi Bankından növbəti faiz endirimi

15:54 - 24 İyul 2026

Rusiya Mərkəzi Bankından növbəti faiz endirimi

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 14 faizə endirib.


Manset.az-ın məlumatına görə, bankın yaydığı bəyanatda bildirilib ki, ölkə iqtisadiyyatı ikinci rübdə mülayim templə artmağa davam edib. Yay aylarında qiymət artımları və inflyasiya gözləntilərindəki yüksəlişin isə əsasən müvəqqəti amillərlə əlaqəli olduğu qeyd olunub.

Bəyanatda deyilir: "Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 14 faizə endirmək barədə qərar qəbul edib."

Qeyd olunub ki, ikinci rübdə iqtisadi artım əsasən istehlak tələbi hesabına qorunub saxlanılıb. Bununla yanaşı, ilin ikinci yarısında istehlak artımının yavaşlayacağı gözlənilir və 2026-cı il üzrə iqtisadi artım proqnozu 0–1 faiz aralığına endirilib.

Mərkəzi Bank gələcək iclaslarda faiz dərəcəsi ilə bağlı qərarlarını inflyasiya dinamikası, inflyasiya gözləntiləri, eləcə də daxili və xarici riskləri nəzərə alaraq verəcəyini bildirib.

Bəyanata əsasən, mövcud pul-kredit siyasəti çərçivəsində illik inflyasiyanın 2026-cı ilin sonunadək 6–7 faiz aralığında sabitləşəcəyi, 2027-ci ildən etibarən isə hədəf səviyyəsinə qayıdacağı proqnozlaşdırılır.

Həmçinin vurğulanıb ki, ev təsərrüfatları, şirkətlər və maliyyə bazarı iştirakçıları arasında inflyasiya gözləntiləri artıb və yüksək gözləntilər inflyasiyanın davamlı şəkildə azalmasına mane ola bilər.

Bəyanatda qeyd edilir ki, əmək bazarındakı gərginlik tədricən azalır, işsizlik isə tarixi minimum səviyyələrdə qalır. Əməkhaqqı artımının yavaşlamasına baxmayaraq, onun məhsuldarlıq artımını üstələdiyi bildirilib.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2025-ci ilin iyununda 2022-ci ilin sentyabrından bəri ilk dəfə faiz dərəcəsini 21 faizdən 20 faizə endirmişdi. Sonrakı qərarlarla uçot dərəcəsi 15,5 faizə, daha sonra 15 faizə, ötən ay isə 14,25 faizə endirilmişdi. Son qərarla bu göstərici 14 faizə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az