logo
logo logo
logo

“Venesuelada seçkilərin keçirilməsi zəruridir” - Rubio

09:50 - 02 Avqust 2026

“Venesuelada seçkilərin keçirilməsi zəruridir” - Rubio

“Venesuelada gələcəkdə seçkilərin keçirilməsi zəruridir, lakin hazırda bunun üçün uyğun vaxt deyil”.


Manset.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nəticə etibarilə ölkədə hakimiyyət keçidi baş tutmalı və bütün səviyyələrdə legitim seçkilər keçirilməlidir ki, yeni rəhbərlik xalqdan aldığı qanuni mandata malik olsun.

Rubio qeyd edib ki, bu istiqamətdə ilk addım milli barışığın təmin edilməsi olmalıdır. Çünki Venesuela cəmiyyəti uzun müddətdir siyasi baxımdan parçalanmış vəziyyətdədir.

Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, Venesuela bir sıra iqtisadi problemləri həll etməlidir. Hazırda isə ilkin vəzifə ölkədə vəziyyətin sabitləşdirilməsidir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az