logo
logo logo
logo

Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub 

13:35 - 02 Avqust 2026

Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub 

Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranının yaxınlığında güclü partlayış baş verib.


Manset.az xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsinin (NAK) yaydığı son məlumatlara əsasən, avqustun 1-də özəl tədbirin keçirildiyi məkamda əldəqayırma partlayıcı qurğu işə salınıb.

İlkin araşdırmalar göstərir ki, hücumun əsas hədəfi Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı olub.

Məlumata görə, terror aktı nəticəsində 5 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda ərazidə fövqəladə xidmətlər və hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı təhqiqat işləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az