logo
logo logo
logo

Paşinyan yenidən Baş nazir postuna namizəd seçildi

14:30 - 02 Avqust 2026

Paşinyan yenidən Baş nazir postuna namizəd seçildi

"Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın ölkənin Baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi üçün zəruri sənədləri təqdim edib.


Manset.az xəbər verir ki, Milli Assambleyada parlament çoxluğunu formalaşdıran siyasi qüvvə kimi "Vətəndaş müqaviləsi" Ermənistan Respublikası Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq, Konstitusiyada nəzərdə tutulan təyinat prosedurunun təmin edilməsi məqsədilə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri sənədlər paketini ölkə Prezidentinə təqdim edib.

Qeyd edək ki, bu gün Knyaz Həsənovun sədrliyi ilə Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclası başlayıb. Prosedura uyğun olaraq Ermənistan hökuməti istefa verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az