logo
logo logo
logo

Ermənistan parlamentində gərgin anlar: And içmədilər - VİDEO

17:53 - 02 Avqust 2026

Ermənistan parlamentində gərgin anlar: And içmədilər - VİDEO

Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclasında müxalifət deputatları andiçmə mərasimini etirazla qarşılayıblar.


Manset.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, müxalifət nümayəndələri şifahi şəkildə and içməkdən imtina etsələr də, and mətnini imzalayıblar.

Etiraza səbəb isə Ermənistan tarixində ilk dəfə parlamentin Erməni Apostol Kilsəsinin Katolikosu II Qareginin xeyir-duası olmadan fəaliyyətə başlaması olub.

Bildirilib ki, II Qaregin iclasa dəvət edilməyib.

Daha sonra sədr yeni seçilmiş deputatların and mətnini oxuyub, lakin müxaliflər bunu boykot edərək ayağa qalxmayıblar.

Qeyd edək ki, Ermənistanda parlament sədri postuna “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Ruben Rubinyan oturub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az