logo
logo logo
logo

İllər sonra ilk dəfə kənar şəxslərlə görüşdü

11:47 - 03 Avqust 2026

İllər sonra ilk dəfə kənar şəxslərlə görüşdü

Həbsdə olan Myanma lideri Aun San Su Çiyə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyəti ilə görüşməyə icazə verilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hərbi hökumətin yaydığı görüş fotolarında Aun San Su Çinin səhhətinin yaxşı olduğu görünür.

O, 2021-ci ildə hərbçilərin hökumətini devirməsindən qısa müddət sonra həbs edilib. Geniş şəkildə siyasi motivli və əsassız hesab olunan ittihamlarla əvvəlcə 33 il müddətinə azadlıqdan məhrum edilən Suu Çinin cəzası sonradan azaldılıb və o, ev dustaqlığına keçirilib.

Hərbi hakimiyyət onun sağ və sağlam olduğunu dəfələrlə bəyan etsə də, indiyədək bunu təsdiqləyən inandırıcı sübut təqdim etməyib.

Aun San Su Çinin oğlu Kim Aris son aylarda 81 yaşlı anasının sağ olduğuna dair sübutların açıqlanmasını tələb edən beynəlxalq kampaniyaya başlayıb.

İndi isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndə heyətinə onunla görüşməyə icazə verilib. Bu, son dörd ilə yaxın müddətdə Suu Çinin hökumət nümayəndələri istisna olmaqla kənar şəxslərlə baş tutduğu təsdiqlənən ilk görüşdür.

BQXK nümayəndələri ilə çəkilən və yayımlanan fotolarda Aun San Su Çi sakit və sağlam görünür. Lakin onun səhhəti və görüş zamanı aparılan müzakirələr barədə hər hansı əlavə məlumat açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az