Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda torpaq sürüşməsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Məlumata görə, əraziyə yanğınsöndürmə, xilasetmə, tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hazırda dağıntılar altında qaldığı ehtimal olunan şəxslərin axtarış-xilasetmə işləri aparılır.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.