logo
logo logo
logo

Oman dənizində yük gəmisinə şübhəli HÜCUM 

10:44 - 04 Avqust 2026

Oman dənizində yük gəmisinə şübhəli HÜCUM 

Omanın Əl-Xasab şəhəri sahilləri yaxınlığında yük gəmisinin şübhəli hücuma məruz qaldığı bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) yaydığı məlumata görə, gəmi mənşəyi müəyyən edilməyən döyüş sursatı ilə vurulub.

UKMTO-nun açıqlamasında qeyd olunub ki, hadisədən sonra aidiyyəti qurumlar araşdırmalara başlayıb. Eyni zamanda, bölgədə üzən gəmilərə ehtiyatlı olmaları tövsiyə edilib.

Qurumun yazılı məlumatında bildirilib ki, hərbi qurumlardan daxil olan məlumata əsasən, hadisə Omanın Əl-Xasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərq istiqamətində baş verib.

Açıqlamada vurğulanıb ki, hadisə yerində olan yük gəmisi VHF 16 radiokanılı vasitəsilə göndərdiyi məlumatda naməlum döyüş sursatı ilə vurulduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az