logo
logo logo
logo

Paşinyanın formalaşdırdığı yeni hökumət təsdiqləndi

12:03 - 04 Avqust 2026

Paşinyanın formalaşdırdığı yeni hökumət təsdiqləndi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın formalaşdırdığı yeni Nazirlər Kabinetini təsdiqləyib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, parlament seçkilərində qələbə qazanan Paşinyanın təqdim etdiyi yeni hökumət tərkibi prezident tərəfindən təsdiq olunub.

Yeni kabinetdə genişmiqyaslı dəyişikliklər edilməyib. Vəzifəsini davam etdirməyəcəyini açıqlayan Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyanın yerinə David Tadevosyan təyin edilib.

Ermənistanın yeni hökumətində əsas nazir postlarını tutan şəxslər vəzifələrini qoruyublar.

Belə ki, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarqsyan, səhiyyə naziri Anahit Avanesyan və iqtisadiyyat naziri Gevorq Papoyan Nazirlər Kabinetində fəaliyyətlərini davam etdirəcəklər.

Bununla yanaşı, Ermənistan parlamentinin sədri vəzifəsinə daha əvvəl parlament sədrinin müavini və Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərmiş Ruben Rubinyan seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az