logo
logo logo
logo

ABŞ-dən yeni virus yayılır - Yoluxanların sayı 11 mini ötdü

11:21 - 05 Avqust 2026

ABŞ-dən yeni virus yayılır - Yoluxanların sayı 11 mini ötdü

ABŞ-də siklosporiaz xəstəliyinin yayılması davam edir. Miçiqan ştatında bu xəstəliyə yoluxanların sayı 11 mini ötüb. Eyni zamanda, xəstəliklə bağlı ilk ölüm halları da qeydə alınıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iyulun 30-dan bəri təxminən 200 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilib ki, yanaşı ağır sağlamlıq problemləri olan iki nəfər siklosporiaz səbəbindən həyatını itirib. Bu, epidemiya başlayandan bəri qeydə alınan ilk ölüm hallarıdır.

Xəstəliyin yayılması təkcə Miçiqan ştatı ilə məhdudlaşmır. ABŞ üzrə 45 ştatda siklosporiaz halları aşkarlanıb və ümumi yoluxma sayı 18 mini keçib.

Bağırsaq infeksiyasına səbəb olan Cyclospora paraziti kifayət qədər yuyulmamış meyvə və tərəvəzlərin qəbulu, çirkli su, eləcə də nəcis vasitəsilə insanlara yoluxa bilir. Mütəxəssislər çiy halda istehlak edilən meyvə və tərəvəzlərin yaxşı yuyulmasını, mümkün olduqda isə ən azı 70 dərəcə temperaturda bişirilməsini tövsiyə edirlər.

Siklosporiaz əsasən ishal, qarın ağrısı, iştahasızlıq, çəki itkisi və ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərir. Xəstəlik əksər hallarda ölümcül olmasa da, immun sistemi zəif olan və ya yanaşı sağlamlıq problemləri yaşayan şəxslər üçün ciddi həyati təhlükə yarada bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az