logo
logo logo
logo

Futbol matçı zamanı ildırım vurdu - Oyunçu həlak oldu

13:44 - 05 Avqust 2026

Futbol matçı zamanı ildırım vurdu - Oyunçu həlak oldu

Taylandın cənub-qərbində yerləşən Narativat vilayətində keçirilən futbol oyunu zamanı meydana ildırım düşməsi nəticəsində futbolçu həlak olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hadisə Sunqai Kolok rayonundakı Santiphap stadionunda təşkil olunan "Golok FA Cup 2026" turnirinin yarımfinal qarşılaşması zamanı baş verib.

Bildirilib ki, oyunun əlavə vaxtında meydanın mərkəz hissəsinə ildırım düşüb və nəticədə çoxsaylı futbolçu yerə yıxılıb.

Hadisədən dərhal sonra meydana daxil olan tibb işçiləri zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər.

İnsident nəticəsində FC Yala klubunun tailandlı futbolçusu Sofvan Avae həyatını itirib, daha doqquz futbolçu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralananların hamısı xəstəxanaya çatdırılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az