Hindistanda 22 uşağın beyin iltihabına səbəb olan "Chandipura" virusuna yoluxaraq həyatını itirməsindən sonra hökumət milli müdaxilə qrupunu fəaliyyətə cəlb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, "Chandipura" virusunun yayılmasına qarşı mübarizə məqsədilə Qucarat və Racastan ştatlarında çalışan səhiyyə əməkdaşlarına dəstək vermək üçün milli müdaxilə qrupu bölgəyə göndərilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Chandipura" virusu musson mövsümündə ağcaqanadlar və gənələr vasitəsilə insanlara ötürülür.
Virus yoluxduğu şəxslərdə beyin iltihabına səbəb olur və ağır hallarda ölümə gətirib çıxara bilir.