Rusiyada pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Uraldronzavod" şirkətinin baş direktoru Vladimir Tkaçukun olduğu avtomobildə güclü partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ağır yaralanan Tkaçuk xəstəxanaya yerləşdirilib. Bildirilir ki, o, reanimasiya şöbəsində müalicə alır və vəziyyəti ağır olaraq qalır.
Hadisə Rusiyanın Yekaterinburq şəhəri yaxınlığında qeydə alınıb.
Rəsmi qurumlar partlayışın avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğudan qaynaqlandığı, yoxsa texniki nasazlıq və ya təxribat nəticəsində baş verdiyi barədə hələlik açıqlama verməyiblər.