logo
logo logo
logo

Kembricdə plagiat araşdırması - Professor dərhal istefa verdi

12:00 - 06 Avqust 2026

Kembricdə plagiat araşdırması - Professor dərhal istefa verdi

Kembric Universitetində plagiat qalmaqalının mərkəzində olan professor Ceyson Arday vəzifəsindən "dərhal qüvvəyə minməklə" istefa verib.



Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, universitet çərşənbə günü Ardayın "akademik ixtisasları və fəxri təyinatları" ilə bağlı ortaya çıxan yeni məlumatlar əsasında araşdırmaya başladığını açıqlayıb.

2023-cü ildə universitetin ən gənc professorlarından biri olan Arday işində müəyyən səhvlərə yol verdiyini etiraf etsə də, "amansız ictimai təzyiq və şəxsi hücumlara" məruz qaldığını bildirib və özünü "yalançı" hesab etmədiyini vurğulayıb.

Onun istefası bəzi akademik nailiyyətlərinin şübhə altına alınması və doktorluq dissertasiyasında plagiat iddialarının irəli sürülməsindən sonra verilib.

Arday bildirib ki, yaranmış vəziyyətə son qoymağın yeganə yolunun geri çəkilmək olduğu qənaətinə gəlib.

Tələbələrinə, həmkarlarına və bu müddətdə ona dəstək olanlara təşəkkür edən professor deyib:

"Şəxsi rifahım, ailəm və bu çətin dövrdə mənə dəstək olanlar naminə belə qərara gəldim ki, bu mərhələyə son qoymağın yeganə yolu geri çəkilməkdir."

O əlavə edib ki, bu qərar akademik fəaliyyətinin sonu demək deyil və hazırda özünü toparlamaq üçün zamana ehtiyacı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az