logo
logo logo
logo

"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı

14:53 - 06 Avqust 2026

\"Lazım olsa, tək başımıza hücum edərik\" - Netanyahudan İran mesajı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında danışıqların davam etdiyi bir vaxtda İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan bütün addımları atacaqlarını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o bununla İsrailin zərurət yaranacağı təqdirdə təkbaşına hərbi əməliyyat keçirə biləcəyinə işarə edib.

Baş nazir Benyamin Netanyahu sionizmin banisi Teodor Hertslin nənə və babasının Serbiyadan gətirilən cənazələrinin Qüdsdə dəfn mərasimində çıxış edib.

Netanyahu çıxışı zamanı deyib:

"Bu gün İran İnqilab Keşikçiləri Korpusunun komandanının İranın nüvə silahı hazırlamaq niyyətindən geri çəkilmədiyini bəyan etdiyini eşitdik. İsrailin Baş naziri kimi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətliyəm".

ABŞ-nin və Prezident Donald Trampın İsrailin ən böyük dostu və müttəfiqi olduğunu vurğulayan Netanyahu əlavə edib:

"Bununla belə, İsrailin mövcudluğu heç vaxt danışıqlar mövzusu ola bilməz. Ölkəmizin təhlükəsizliyini və gələcəyini təmin etmək üçün zəruri olan bütün addımları atmaq əzmindəyəm".

ABŞ Prezidenti Donald Tramp isə bundan əvvəl ABŞ və İran nümayəndələri arasında aparılan danışıqların müsbət keçdiyini bildirərək demişdi:

"Onlar çox səmərəli danışıqlar aparırlar. Əsas məsələ nəticə əldə olunmasıdır və onlar razılığa gəlmək istəyirlər. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az