logo
logo logo
logo

"Qeyri-qanuni miqrantların deportasiyasını davam etdirəcəyik" - Tramp

16:04 - 06 Avqust 2026

\"Qeyri-qanuni miqrantların deportasiyasını davam etdirəcəyik\" - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəyə qeyri-qanuni miqrant axınının dayandırıldığını iddia edərək cinayət törədən qanunsuz miqrantların deportasiya edilməsinin davam etdiriləcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Las-Veqas şəhərində keçirilən tədbirdə çıxışı zamanı tez-tez tənqid olunan miqrasiya siyasətini müdafiə edib.

Vəzifəyə başladıqdan qısa müddət sonra ABŞ-yə qeyri-qanuni miqrant girişinin qarşısını aldıqlarını deyən Tramp bildirib:

"Cəmi 30 gün ərzində milyonlarla insanın ölkəmizi işğal etməsinin qarşısını aldım. Təsəvvür edin, ölkəmiz işğala məruz qalırdı. Cənub sərhədimizdən 25 milyon insan ölkəyə daxil olurdu".

ABŞ Prezidenti son 15 ay ərzində ölkəyə bir nəfər də olsun qeyri-qanuni miqrantın daxil olmadığını da iddia edib.

Tramp qeyd edib ki, administrasiyası "miqrant cinayətkarlığı" adlandırdığı problemin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

O, çıxışında İspaniyada baş verdiyini iddia etdiyi hadisəyə də toxunaraq deyib:

"Ötən həftə İspaniyada baş verənləri gördünüz. 60 mindən çox miqrant sərhədə axışdı, bir şəhəri nəzarətə götürdü, dinc sakinlərə hücum etdi və küçələrdə talanlar törətdi. Kommunistlərin Amerika üçün istədiyi də məhz budur."

Tramp ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) keçirdiyi saxlanılma və deportasiya əməliyyatlarını müdafiə edərək bildirib:

"Biz hər zaman hüquq-mühafizə orqanlarımızın yanında olacağıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az