Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişi imzalanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, sənəd regional sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Nazirliyin açıqlamasına əsasən, sazişə tərəf olan üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı həyata keçirilmiş hücum kimi qiymətləndiriləcək.
Məlumata görə, uzunmüddətli diplomatik danışıqların nəticəsi olan saziş regional təhlükəsizlik sisteminin gücləndirilməsini nəzərdə tutur.
Sənəd üç ölkənin müdafiə imkanlarının birləşdirilməsini, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini və qlobal sülhə töhfə verilməsini hədəfləyir.