logo
logo logo
logo

Ev quşları qapalı yerlərə köçürülür - Quş qripi yayılır

11:59 - 08 Avqust 2026

Ev quşları qapalı yerlərə köçürülür - Quş qripi yayılır

Avstraliyanın Viktoriya ştatında H5N1 quş qripi virusuna yoluxma hallarının artmaqda davam etməsi ilə əlaqədar ev quşlarının qapalı yerlərdə saxlanılmasına qərar verilib.


Manset.az-ın ABC News-a istinadən məlumatına görə, Viktoriya ştatının rəhbərliyi bu qərarı qəbul etməklə ölkədə belə bir tədbiri tətbiq edən ilk bölgə olub.

Qərarın Melburn metropoliten ərazisində, sahilyanı bölgələrdə və bəzi qonşu ərazilərdə 50 və ya daha çox ev quşu saxlayan şəxslərə şamil ediləcəyi bildirilib. Tədbirin ilkin olaraq 14 gün müddətində qüvvədə olacağı qeyd edilib.

Avstraliyanın baş baytarlıq həkimi Beth Cookson bildirib ki, aparılan testlər nəticəsində Viktoriya ştatında daha 20 yeni müsbət hal aşkarlanıb. Bununla da ölkədə indiyədək təsdiqlənmiş quş qripi hallarının sayı 175-ə çatıb.

Avstraliyada H5N1 quş qripi virusunun səbəb olduğu ehtimal edilən ilk yoluxma halı iyunun 19-da aşkarlanıb. İyulun 29-da isə xəstəliyin vəhşi quşlar arasında yerli səviyyədə yayıldığı müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az