logo
logo logo
logo

İran Milli Təhlükəsizlik Ali Şurasının katib təyin edildi

22:49 - 09 Avqust 2026

İran Milli Təhlükəsizlik Ali Şurasının katib təyin edildi

İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı və ali rəhbərin müşaviri Möhsin Rzai Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.

    İran Prezidentinin ofisinin kommunikasiya və informasiya məsələləri üzrə müavini Mehdi Təbətəbai bildirib ki, Məhəmməd Baqer Zülqədərin Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni məsuliyyət daşıması ilə əlaqədar Prezident Məsud Pezeşkianın sərəncamı ilə Möhsin Rezai bu vəzifəyə təyin olunub.

    Rezai, həmçinin İranın ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Milli Təhlükəsizlik Ali Şurasında ali rəhbərin nümayəndəsi vəzifəsinə təyin edilib.

    Bundan əvvəl Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsində çalışmış Məhəmməd Baqer Zülqədər isə siyasi məsələlər üzrə müşavir təyin olunub.

    Qeyd edək ki, 72 yaşlı Möhsin Rzai İranın tanınmış hərbi və siyasi simalarından biridir. O, daha əvvəl SEPAH-ın komandanı və İranın ali rəhbərinin hərbi müşaviri vəzifələrində çalışıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az