Kanadanın qərbində baş verən genişmiqyaslı meşə yanğınları səbəbindən ən təhlükəli ərazilərdən 22 min nəfər təxliyə edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, 10 min hektardan çox ərazini əhatə edən yanğınlarla əlaqədar Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət elan edilib.
Hazırda əyalətdə 105 yanğın ocağı aktivdir. Sakinlərin təxliyəsi üçün helikopterlərdən istifadə olunur.