logo
logo logo
logo

İtiniz hürərək nə istəyir? – Süni intellekt cavab verəcək

11:33 - 10 Avqust 2026

İtiniz hürərək nə istəyir? – Süni intellekt cavab verəcək

Süni intellekt itlərin hürüşünü “tərcümə” edəcək.


Manset.az xarici mediaya istinadla xəbər verir ki, Çində fəaliyyət göstərən süni intellekt şirkətlərindən biri itlərin çıxardığı səsləri analiz edərək onların nə demək istədiyini müəyyənləşdirən texnologiya hazırladığını açıqlayıb.

Şirkətin iddiasına görə, sistem itlərin hürüşünü və digər səslərini 95 faiz dəqiqliklə şərh edə bilir.

Texnologiyanın itlərin ac, darıxmış və ya hər hansı ehtiyacının olub-olmadığını müəyyənləşdirməsi nəzərdə tutulur.

Süni intellektlə dəstəklənən sistemin hazırlanması ilə ev heyvanı sahiblərinin illərdir verdiyi “İtim nə istəyir?” sualına texnologiya vasitəsilə cavab tapılması hədəflənir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az