logo
logo logo
logo

Oturacağına oturmaq istəməyən uşaq uçuşu ləğv etdirdi

14:20 - 10 Avqust 2026

Oturacağına oturmaq istəməyən uşaq uçuşu ləğv etdirdi

Kanadada Viktoriya Beynəlxalq Hava Limanından Toronto Pearson Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan Porter Hava Yollarına məxsus PD444 reysinin uçuşu kiçik uşağın təhlükəsizlik kəmərini taxmaqdan imtina etməsi və oturacağında ayağa qalxması səbəbindən ləğv edilib.


Manset.az-ın məlumatına görə, aviaşirkətin sözçüsü Bred Cicero bildirib ki, valideynin və kabin heyətinin bütün cəhdlərinə baxmayaraq, uşaq oturacağına əyləşməyib. Bu səbəbdən təyyarə uçuş-enmə zolağından terminala geri qaytarılıb.

Təyyarənin terminala gətirilməsi, uşağın və valideyninin təyyarədən endirilməsi, baqajların təhvil verilməsi və rəsmi prosedurların yenidən tamamlanması vaxt aparıb. Nəticədə uçuş gecikib.

Viktoriya Hava Limanının uçuş-enmə zolağının gecə saat 00:30-da bağlanması səbəbindən reysin tamamilə ləğv edildiyi bildirilib.

Cicero digər sərnişinlərdən üzr istəyib. O, təyyarənin növbəti gün günortadan sonra Toronto istiqamətində yola düşdüyünü qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az