ABŞ-nin maliyyə naziri Skott Bessent iqtisadi sanksiyalar vasitəsilə İranı "boğmaqla" öyünüb.
Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Bu iddia Amerikanın sanksiyalara olan kompulsiv asılılığının bariz sübutudur. Vaşinqton sanksiyalara sığınır və bu məhdudiyyətlər nəticə vermədikdə, sadəcə olaraq dozanı artırır", - Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək.