logo
logo logo
logo

Bu ölkədə edam cəzası ləğv edildi - Ərəb dünyasında ilk 

17:02 - 11 Avqust 2026

Bu ölkədə edam cəzası ləğv edildi - Ərəb dünyasında ilk 

Livan ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəzlənməsinə qərar verərək Ərəb dünyasında bir ilkə imza atıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Livanın 128 deputatdan ibarət parlamentində ölüm hökmünün ləğv edilməsini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb. “Hizbullah” fraksiyası istisna olmaqla, parlamentin əksər üzvləri ölüm hökmünün ləğvinin lehinə səs veriblər.

Ədliyyə naziri Adel Nassar ölüm hökmünün rəsmi şəkildə ləğv edilməsini ölkə üçün “tarixi addım” adlandırıb.

Beləliklə, ölkədə ölüm hökmünün əvəzinə ağır əmək şərti ilə ömürlük həbs cəzasının tətbiqi nəzərdə tutulur.

Qanun layihəsinin son imza üçün prezidentə təqdim ediləcəyi, qüvvəyə minməsindən əvvəl isə “Rəsmi qəzet”də dərc olunacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az