logo
logo logo
logo

"Müharibəni də, diplomatiyanı da qazandıq" - Əraqçi

17:38 - 11 Avqust 2026

\"Müharibəni də, diplomatiyanı da qazandıq\" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hücumlarla başlayan müharibədə İranın qalib gəldiyini bildirib. O, müxtəlif ölkələrin rəsmilərindən dəfələrlə “həm müharibəni, həm də diplomatiyanı qazanmısınız” sözlərini eşitdiyini deyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əraqçi Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxış edib. Tədbirdə müharibə zamanı zərər görmüş infrastrukturun bərpası, diplomatiya və səhiyyə sahələrində əməkdaşlıqla bağlı anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Əraqçi ABŞ və İsrailin hücumları ilə başlayan müharibədə İranın öz gücünü sübut etdiyini və “məğlubedilməz qüvvə” olduğunu göstərdiyini söyləyib.

Nazir digər ölkələrin rəsmilərindən “İranlılar möcüzə yaratdı və bütün dünyanı heyrətləndirdi” ifadəsini dəfələrlə eşitdiyini bildirib. Onun sözlərinə görə, heç kim İranın ABŞ-a bu şəkildə müqavimət göstərəcəyini və nəticədə qarşı tərəfi danışıqlara məcbur edəcəyini düşünmürdü.

Əraqçi ABŞ Prezidenti Donald Trampın müharibənin əvvəlində İrandan “şərtsiz təslim olmağı” tələb etdiyini xatırladıb. O qeyd edib ki, həmin çağırışdan 20 gün sonra eyni tərəf danışıqların aparılması üçün müraciət edib.

İranın xarici işlər naziri bildirib ki, İran xalqı diplomatiya sahəsində öz hüquqlarını necə müdafiə etməli olduğunu nümayiş etdirib. O, müxtəlif ölkələrin rəsmilərinin İranın həm müharibədə, həm də diplomatiyada qalib gəldiyini söylədiklərini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az