logo
logo logo
logo

Məşhur aktrisa tanınmaz halda - FOTO

16:37 - 12 Avqust 2026

Məşhur aktrisa tanınmaz halda - FOTO

“Wednesday” serialında canlandırdığı obrazla dünya şöhrəti qazanan Jenna Ortega son görüntüsü ilə diqqət mərkəzinə düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı aktrisanın əvvəlki dövrlə müqayisədə arıqladığı və görünüşündə dəyişiklik olduğu diqqətdən yayınmayıb.

Gənc yaşına baxmayaraq Hollivudun tanınmış simalarından birinə çevrilən Ortega aktyorluq fəaliyyətinə uşaqlıq illərindən başlayıb. Müxtəlif layihələrdə canlandırdığı rollarla qısa müddətdə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib.

Aktrisa karyerasının ilk illərində “Iron Man 3” kimi filmlərdə rol alıb. Daha sonra “You” serialında canlandırdığı Elli Alves obrazı ilə daha geniş auditoriyaya tanınıb. O, “The Fallout”, “X” və “Scream” filmlərində də rol alaraq xüsusilə qorxu və gərilim janrındakı çıxışları ilə seçilib.

Orteqanın karyerasında əsas dönüş nöqtələrindən biri isə 2022-ci ildə yayımlanan “Wednesday” serialı olub. Tim Börtonun quruluş verdiyi ekran işində Wednesday Addams obrazını canlandıran aktrisa performansı ilə qısa müddətdə dünya üzrə böyük pərəstişkar kütləsi qazanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az