logo
logo logo
logo

Bu klub Nahuel Molinanı transfer etdi

17:38 - 12 Avqust 2026

Bu klub Nahuel Molinanı transfer etdi

İtaliya A Seriyası təmsilçisi “Roma” Argentinalı milli futbolçu Nahuel Molinanı heyətinə qatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Roma klubunun yaydığı açıqlamada 28 yaşlı sağ cinah müdafiəçisinin İspaniyanın “Atletiko Madrid” klubundan transfer edildiyi bildirilib.

“Roma”nın açıqlamasında, “Roma, Nahuel Molinanı “Atletiko Madrid”dən heyətinə qatdığını elan etməkdən məmnundur”, – deyə qeyd olunub.

Molina peşəkar karyerasını sağ cinah müdafiəçisi mövqeyində davam etdirir. Argentinalı futbolçu milli komandanın heyətində 65 oyuna çıxıb.

28 yaşlı müdafiəçi Argentina yığmasının heyətində son iki dünya çempionatında da iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az