logo
logo logo
logo

Fransada dəhşətli meşə yanğınları - 1200 nəfər təxliyə edildi

10:20 - 13 Avqust 2026

Fransada dəhşətli meşə yanğınları - 1200 nəfər təxliyə edildi

Fransada meşə yanğınları davam edir. Ölkənin şimalında, La-Manş boğazının sahilində yerləşən Pa-de-Kale vilayətində sahilyanı ərazidə iki meşə yanğını baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğınlar səbəbindən düşərgə ərazisində qalan təxminən 1 200 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Pa-de-Kale prefekturasının yaydığı məlumatda yanğınlardan birinin nəzarət altına alındığı bildirilib. Digər yanğının isə əraziyə girişin çətin olması səbəbindən hələlik nəzarətə götürülmədiyi qeyd olunub. Alovun cənub istiqamətində nəzarətsiz şəkildə yayıldığı bildirilib.

Fransanın Ətraf Mühit və Ərazi Planlaşdırılması naziri Monik Barbu meşə yanğınları ilə bağlı açıqlamasında isti hava dalğasının birbaşa və dolayı iqtisadi zərərinin 15 milyard avroyadək çata biləcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az