Niderlandın Rotterdam şəhərindəki limanda baş verən partlayış nəticəsində bir nəfər həlak olub, çox sayda insan yaralanıb. Hadisənin səbəbi hələlik müəyyənləşdirilməyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rotterdam polisi bildirib ki, partlayış saat 11:30 radələrində Mözelsveyq küçəsində baş verib və hadisə ilə bağlı araşdırma aparılır. Partlayışın baş verdiyi ərazi təhlükəsizlik zolağına alınıb.
Bölgədə neft məhsullarının saxlanması müəssisələrini idarə edən “Gunvor Energy” şirkəti də texniki xidmət işləri zamanı ayrıca insident baş verdiyini və çox sayda şəxsin yaralandığını açıqlayıb. Şirkətin sözçüsü yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiklərini bildirib.