İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına tam nəzarətin ABŞ-ın əlində olduğu barədə açıqlamasına cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qurum bildirib ki, Hörmüz boğazı əvvəlki kimi tamamilə İran İslam Respublikasının idarəçiliyi və nəzarəti altındadır.
Açıqlamada qeyd olunub ki, İranın güclü silahlı qüvvələrinin razılığı və nəzarəti olmadan heç bir ticarət gəmisi və ya neft tankeri boğazdan təhlükəsiz keçə bilməz və bu vəziyyət gələcəkdə də belə davam edəcək.
Tramp isə dünən verdiyi açıqlamada Hörmüz boğazına tam nəzarətin ABŞ-ın əlində olduğunu iddia etmişdi.