Misirin paytaxtı Qahirədə yerləşən alış-veriş mərkəzində partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində baş verən yanğın və liftin düşməsi nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Misirin paytaxtı Qahirədəki alış-veriş mərkəzlərindən birində hələlik məlum olmayan səbəbdən partlayış baş verib. Hadisə zamanı böyük təşviş yaşanıb.
Partlayışın restoranda qaz balonunun partlaması nəticəsində baş verdiyi iddia olunur.