logo
logo logo
logo

"İrana tətbiq etdiyimiz dəniz blokadasını müddətsiz davam etdirə bilərik" - ABŞ müdafiə naziri

15:37 - 14 Avqust 2026

\"İrana tətbiq etdiyimiz dəniz blokadasını müddətsiz davam etdirə bilərik\" - ABŞ müdafiə naziri

ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasını müddətsiz olaraq davam etdirə biləcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, çoxmillətli hərbi təlimin yekun mərasimi üçün Panamaya gedən Heqset jurnalistlərə İran ətrafında tətbiq olunan dəniz blokadası barədə açıqlama verib.

"ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı müddətsiz davam etdirə bilər. Çünki gəmiləri indiyədək etdiyimiz və bundan sonra da edəcəyimiz kimi növbəli şəkildə bölgəyə göndərib geri çəkəcəyik", – deyə o bildirib.

İrana qarşı tətbiq olunan blokadanın konkret müddətinin olmadığını vurğulayan Heqset onun lazım olduğu müddət ərzində davam etdiriləcəyini bir daha qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az