logo
logo logo
logo

Oman dənizində böyük neft sızıntısı 

16:43 - 14 Avqust 2026

Oman dənizində böyük neft sızıntısı 

Oman sahilləri yaxınlığında quruya oturan tankerdə baş verən neft sızıntısının yüzlərlə kvadratkilometr əraziyə yayıldığı və Oman dənizində böyük ekoloji fəlakət təhlükəsi yaratdığı bildirilir.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi xəbərə görə, peyk görüntülərinin təhlili neft sızıntısının ayrı-ayrı sahələr şəklində geniş əraziyə yayıldığını göstərib.

Oman rəsmiləri isə sızıntının tankerdən təxminən 200 kilometr uzaqda yerləşən materik sahillərinə qədər çatdığını təsdiqləyiblər.

Oman hökuməti vətəndaşlara çirklənmədən təsirlənən ərazilərdə balıqçılıqla məşğul olmamaq, şübhəli qoxu və ya neft qalıqları aşkar etdikdə isə bu barədə səlahiyyətli qurumlara məlumat vermək barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az