Türkiyənin Bodrum ərazisində otellərdən birində hovuzun təmizlənməsi zamanı qaz sızıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfərin zəhərlənərək xəstəxanaya yerləşdirilməsi hovuzlarda istifadə olunan kimyəvi maddələrin yarada biləcəyi təhlükələri yenidən gündəmə gətirib. Yay aylarında hovuzlardan istifadənin artması ilə yanaşı, boğulma, elektrik cərəyanının vurması, sürüşmə və yıxılma kimi təhlükələr də diqqət çəkir.
Hovuzların texniki baxışı, təmizlənməsi, kimyəvi maddələrin saxlanılması və onların düzgün miqdarda istifadəsi də təhlükəsizliyin mühüm tərkib hissəsidir. Bu proseslərin müvafiq qaydalara uyğun və peşəkar şəkildə həyata keçirilməməsi insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.