logo
logo logo
logo

16 il sonra ABŞ-də ilk - Eyni gündə 3 ölüm hökmü

17:29 - 14 Avqust 2026

16 il sonra ABŞ-də ilk - Eyni gündə 3 ölüm hökmü

ABŞ-də Oklahoma, Tennessi və Alabama ştatlarında eyni gündə üç ölüm hökmü icra edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə 16 ildən sonra ilk dəfə baş verən bu hadisə ölüm cəzalarının tətbiqinin artmasını yenidən gündəmə gətirib.

İlk olaraq Oklahoma ştatında 70 yaşlı Karlos Kuesta-Rodriqes ölümcül inyeksiya yolu ilə edam edilib.

2003-cü ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinən Kuesta-Rodriqes səhhətindəki psixi problemlərə görə əfv olunmasını istəyib. Lakin onun müraciətləri təmin edilməyib.

Oklahomadakı edamdan təxminən bir saat sonra Tennessi ştatında 66 yaşlı Darrell Haynsın ölüm hökmü icra olunub.

1985-ci ildə otel əməkdaşını öldürdüyünə görə ölüm cəzasına məhkum edilən Haynsın vəkilləri onun əlilliyi və ağır xəstəliyini əsas gətirərək hökmün icrasının dayandırılmasını istəyiblər. Lakin bu tələb qəbul edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az