İndoneziyanın Sumatra adasından şimalda 6,8 maqnitudalı növbəti zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Alman Geoelmlər Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.
Zəlzələnin ocağı 163 km dərinlikdə yerləşib.
Zəlzələ avqustun 15-i səhər saatlarında İndoneziya sahillərində qeydə alınmış 7,7 maqnitudalı güclü yeraltı təkanlardan sonra baş verib.