Son üç həftədə İran və Oman arasında danışıqlar irəliləyib.
Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlarla bağlı bildirib.
Bəqai deyib ki, İran və Oman arasında danışıqlar iki-üç ay əvvəl başlayıb və son üç həftədə danışıqların gedişində irəliləyiş əldə olunub.
O qeyd edib ki, gəmiçilik marşrutunun xəritəsi üzrə razılıq əldə edilib.
Bəqai vurğulayıb ki, İran və Oman tərəfindən yayımlanmalı olan birgə bəyanatla bağlı müzakirələr davam edir və sənəd yekunlaşdırıldıqdan sonra məlumat veriləcək.
O əlavə edib ki, növbəti mərhələlərdə baş verəcək hadisələr digər amillərdən asılı olacaq.