İsrailin pilotsuz uçuş aparatı ilə Qəzza şəhəri yaxınlığındakı liman zonasına endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.
Manset.az Al Jazeera Arabic-ə istinadən xəbər verir ki, zərbə Qəzzanın qərbindəki limanda yerləşən yerli kafeyə endirilib. Nəticədə həmçinin 10 nəfər yaralanıb, onlar şəhərdəki Əl-Şifa xəstəxanasına yerləşdiriliblər.
Daha əvvəl İsrail Müdafiə Ordusundan bildirilib ki, zərbənin hədəfi HƏMAS radikal Fələstin qruplaşmasının nümayəndəsi olub.