logo
logo logo
logo

Kaliforniya “yeni İran torpağı” elan edildi - İran-Tramp qarşıdurması

15:41 - 19 Avqust 2026

Kaliforniya “yeni İran torpağı” elan edildi - İran-Tramp qarşıdurması

İrana məxsus rəsmi sosial media hesablarından biri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını “yeni ABŞ ərazisi” kimi göstərən paylaşımına cavab olaraq Kaliforniyanı “yeni İran ərazisi” adlandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı “Truth Social” hesabında xəritə paylaşaraq boğazın müharibə başa çatdıqdan sonra ABŞ ərazisinə çevriləcəyinə dair əvvəlki açıqlamalarını təkrarlayıb. Paylaşımda Hörmüz boğazının dairəyə alınmış hissəsi və onun üzərində “yeni ABŞ ərazisi” ifadəsi yer alıb.

Daha sonra Ağ Ev Trampın paylaşımını ABŞ-nin “X” platformasındakı rəsmi hesabında yenidən yayımlayıb.

“X” platformasındakı “Iran in Hyderabad” adlı rəsmi hesab Trampa cavab olaraq Kaliforniyanın mavi rənglə vurğulandığı ABŞ xəritəsini paylaşıb. Paylaşımda “İranın yeni ərazisi” ifadəsi yazılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az