logo
logo logo
logo

Kolumbiyada zəlzələdə ölənlərin sayı ARTDI

20:52 - 19 Avqust 2026

Kolumbiyada zəlzələdə ölənlərin sayı ARTDI

San-Xose-del-Palmarda (Kolumbiya) baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Kolumbiyanın Təbii Fəlakət Risklərinin İdarə Edilməsi Xidməti (UNGRD) məlumat yayıb.

Bundan başqa, 4 380 nəfər yaralanıb, 290 nəfər isə itkin düşmüş hesab olunur.

Ümumilikdə 15 departament və 470 bələdiyyədə 143 533 ailə və 294 503 nəfər zərər çəkib.

Bundan əlavə, 134 282 ev zədələnib, 29 680 bina dağılıb və 277-si çöküb, 421 yol, 97 akveduk, 56 avtomobil körpüsü, 13 piyada körpüsü zədələnib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az