logo
logo logo
logo

Kim Çen Inın bacısı Yaponiyanı hədələdi

23:52 - 19 Avqust 2026

Kim Çen Inın bacısı Yaponiyanı hədələdi

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.


Manset.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək", - o bildirib.

Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın "hərbi ekspansiya" cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə hesab edərək onları ciddi şəkildə izləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az