logo
logo logo
logo

Rusiyada seçki öncəsi “savaş” - FSB, ordu və Kreml üz-üzə

10:19 - 20 Avqust 2026

Rusiyada seçki öncəsi “savaş” - FSB, ordu və Kreml üz-üzə

Rusiyada təhlükəsizlik qurumları arasında rəqabət Ukrayna müharibəsindəki məhdud irəliləyiş, iqtisadi təzyiqlər və yaxınlaşan seçkilər fonunda yenidən güclənib.


Manset.az rus mediasına istinadən xəbər verir ki, gərginliyin mərkəzində Federal Təhlükəsizlik Xidməti (FSB), hərbi kəşfiyyat qurumu GRU, Kreml və Müdafiə Nazirliyi dayanır. Əsas mübarizə isə 2008-ci ildən FSB-yə rəhbərlik edən Aleksandr Bortnikovun mümkün varisi uğrunda gedir. Bu post üçün 2025-ci ildə FSB-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinə rəhbər təyin olunan general İvan Tkaçevin adı önə çıxır. Onun “Rosneft” rəhbəri İqor Seçinə yaxınlığı məsələyə siyasi çalar da qatır.

Ukrayna ilə əlaqəli olduğu iddia edilən sabotaj və sui-qəsdlərin Rusiyada qarşısının alınmaması FSB-yə təzyiqi artırıb. Müharibə dövründə generalların, hərbi texnologiya mütəxəssislərinin və mülki şəxslərin hücumlarda öldürülməsi FSB, GRU və hərbi əks-kəşfiyyat arasında məsuliyyət mübahisəsini gücləndirib.

2024-cü ildə Ukrayna qüvvələrinin Kursk istiqamətində sərhədi keçməsi də FSB Sərhəd Xidməti ilə ordu arasındakı koordinasiya problemini gündəmə gətirib.


Müdafiə Nazirliyində aparılan korrupsiya araşdırmaları da gərginliyin əsas səbəblərindəndir. Keçmiş müdafiə naziri Sergey Şoyqunun vəzifədən çıxarılmasından sonra bir sıra generallar və yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamları ilə həbs edilib.

Nazirliyə iqtisadçı Andrey Belousovun gətirilməsi ilə FSB-nin müharibə iqtisadiyyatına nəzarətinin artdığı bildirilir.

Rusiyada sentyabrda keçiriləcək Dövlət Duması seçkiləri də təhlükəsizlik qurumlarının diqqət mərkəzindədir. Kreml “Vahid Rusiya”nın üstünlüyünü qorumağa çalışır. Müxalif namizədlərin seçki prosesindən uzaqlaşdırılması ilə bağlı xəbərlər isə artır.

Kremlə yaxın mənbələr seçkilər yaxınlaşdıqca yeni həbslərin, məlumat sızmalarının və təhlükəsizlik qurumlarında kadr dəyişikliklərinin baş verə biləcəyini bildirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az