İranın Avropadakı ABŞ hərbi bazalarına mümkün hücum planları barədə yayılan məlumatlardan sonra NATO-dan açıqlama verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Alyans İran tərəfindən yarana biləcək təhdidlərə qarşı bütün üzvlərini müdafiə etməyə hazır olduğunu bildirib.
NATO-nun açıqlaması “Financial Times” qəzetində İranın ABŞ-nin Avropadakı hərbi obyektlərinə zərbə endirmə ehtimalını nəzərdən keçirdiyi barədə məlumatın dərc olunmasından sonra verilib. Məlumata görə, belə bir addımın ABŞ-ın İrana qarşı hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə nəzərdən keçirilə biləcəyi bildirilir.
NATO rəsmisi alyansın istənilən təhdidə qarşı hazırlıqlı olduğunu vurğulayıb.
“NATO bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman zəruri olanı edəcək”, – deyə alyans rəsmisi bildirib.
NATO həmçinin çəkindirmə və müdafiə imkanlarının güclü və effektiv olduğunu qeyd edib.