İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi “İqtisadi D-Day” təşəbbüsünü diqqəti yayındırmaq cəhdi adlandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında yaydığı açıqlamada “İqtisadi D-Day” adlandırılan təşəbbüsün ABŞ-nin artan borc və faiz xərclərinin yaratdığı iqtisadi böhrandan diqqəti yayındırmağa hesablandığını bildirib.
İranlı nazir Vaşinqtonun uğursuz siyasətini davam etdirməsinin ABŞ-yə “daha çox məğlubiyyət” gətirəcəyini və bunun iranlıların ABŞ-yə qarşı düşmənliyini daha da artıracağını qeyd edib.
Əraqçi ABŞ-nin iqtisadi siyasətini də sərt şəkildə tənqid edib:
“ABŞ-nin iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və dünya üzrə hökmranlığı təhdid edir”.