logo
logo logo
logo

Fransada anomal istilərdə ölənlərin sayı açıqlandı

13:39 - 20 Avqust 2026

Fransada anomal istilərdə ölənlərin sayı açıqlandı

Fransada ilin əvvəlindən etibarən müşahidə olunan anomal yüksək temperaturun ağır nəticələri açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İctimai Səhiyyə Agentliyinin məlumatına görə, ölkədə güclü istilər səbəbindən 7 300-dən çox insan həyatını itirib.

Məlumata görə, mayın 24-dən 28-dək davam edən ilk istilər zamanı Fransada ən azı 300 nəfər normadan artıq ölüm halı qeydə alınıb.

İyunun 17-dən 30-dək davam edən ikinci isti hava dalğası zamanı isə 5 764 əlavə ölüm baş verib.

İyulun 3-dən 22-dək davam edən istilər nəticəsində də 1 243 əlavə ölüm qeydə alınıb. Ölənlərin təxminən dörddə üçünün 75 yaş və yuxarı şəxslər olduğu bildirilib.

Beləliklə, ilin əvvəlindən Fransada anomal istilər səbəbindən 7 300-dən çox əlavə ölüm qeydə alınıb.

İctimai Səhiyyə Agentliyi isti hava dalğaları zamanı baş verən əlavə ölüm hallarının sayını xüsusi hesablama üsulu ilə müəyyənləşdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az