logo
logo logo
logo

Tramvay relsdən çıxdı - Türkiyədə bədbəxt hadisə 

14:26 - 20 Avqust 2026

Tramvay relsdən çıxdı - Türkiyədə bədbəxt hadisə 

İstanbulun Beyoğlu rayonundakı Fındıklı ərazisində hərəkət edən tramvay relsdən çıxıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə polis, yanğınsöndürənlər və tibbi yardım qrupları göndərilib. Tramvaydakı sərnişinlər təxliyə olunub.

Hadisə T1 Kabataş-Bağcılar tramvay xəttində baş verib. Kabataş istiqamətində hərəkət edən tramvay Fındıklı dayanacağı yaxınlığında hələlik müəyyənləşdirilməyən səbəbdən relsdən çıxaraq Bağcılar istiqamətindəki relslərin üzərinə keçib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşları cəlb olunub.

Qəza səbəbindən tramvayların hərəkəti müvəqqəti olaraq Fındıklı-Bağcılar dayanacaqları arasında həyata keçirilib.

Aparılan işlər nəticəsində relsdən çıxan tramvay ərazidən götürülüb və xətt üzrə hərəkət bərpa olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az