logo
logo logo
logo

“Yeni müharibə başlasa, daha dağıdıcı silahlardan istifadə edəcəyik” - İran

17:29 - 20 Avqust 2026

“Yeni müharibə başlasa, daha dağıdıcı silahlardan istifadə edəcəyik” - İran

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühəbbi mümkün yeni müharibə zamanı ölkəsinin əvvəlki qarşıdurmalarda istifadə edilən silahlardan daha fərqli və dağıdıcı silahlardan yararlanacağını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mühəbbi İranın raket imkanları barədə danışarkən İnqilab Keşikçiləri tərəfindən istifadə olunan raketlərin döyüş başlıqlarının dağıdıcı gücünün əvvəlki müharibələrdə tətbiq edilən silahlardan xeyli yüksək olduğunu iddia edib.

“Yeni müharibə başlayarsa, silahlarımız keçmişdəkilərdən tamamilə fərqli olacaq. Bu fərq döyüş başlıqlarının nəsli, zərbələrin dəqiqliyi, raketlərin mənzili və digər sahələrdə özünü göstərəcək”, – deyə iranlı sözçü bildirib.

Mühəbbi İranın silah istehsalı və hərbi texnologiyaların inkişafını dayandırmadığını vurğulayıb. Onun sözlərinə görə, ölkənin hərbi imkanları hər keçən gün daha dəqiq, daha dağıdıcı və texnoloji baxımdan daha təkmil hala gətirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az