logo
logo logo
logo

Nigeriyada qayıq aşdı - 40-a ölən var

20:31 - 20 Avqust 2026

Nigeriyada qayıq aşdı - 40-a ölən var

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli media Nigeriyanın Milli Daxili Su Yolları İdarəsinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, göyərtəsində 70-dən çox insanın olduğu qayıq Sokoto ştatı ərazisində yola düşdükdən qısa müddət sonra aşıb. Sərnişinlərin əksəriyyəti 10-15 yaşlarında uşaqlar olub.

"Hazırda 40-a yaxın cəsəd tapmışıq, 6 nəfər isə xilas edilib", - yerli jurnalist bildirib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin məlumatlara görə, qayıq həddindən artıq yükləndiyi üçün aşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az